Pezeşkiandan etiraf:
Dünya
194
15:00, Bu gün

Pezeşkiandan etiraf: "Maaşım cəmi 1000 dollardır" - İran prezidenti də inflyasiyadan şikayətləndi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkə iqtisadiyyatının çətin günlər keçirdiyi bir vaxtda özünün aylıq qazancı ilə bağlı sensasion açıqlama verib. Dövlət başçısı milli valyutanın (rialın) son aylarda rekord həddə dəyər itirməsindən sonra maaşının xeyli azaldığını bildirib.
 
Moderator.az xəbər verir ki, Pezeşkian hazırda ayda cəmi 1000 dollar civarında əməkhaqqı aldığını deyib.
 
Prezident bu rəqəmi ölkədəki inflyasiya və devalvasiya proseslərini şərh edərkən səsləndirib:
 
"Milli valyutamızın kəskin devalvasiyası hər kəsin, o cümlədən mənim də gəlirlərimə təsir edib. Hazırda aylıq maaşım təxminən 1000 dollar təşkil edir. Biz bu iqtisadi fırtınadan çıxmaq üçün ciddi islahatlar aparmalıyıq".
 
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən İran iqtisadiyyatı ağır sınaq qarşısındadır. Rialın məzənnəsi qeyri-rəsmi bazarda kəskin düşüb, bu isə ölkədə ərzaq və digər zəruri malların qiymətinin sürətlə artmasına səbəb olub. Pezeşkian daha əvvəl parlamentdəki çıxışında büdcə kəsirini örtmək üçün vergilərin artırılmasını və bəzi subsidiyaların ləğvini təklif etmişdi ki, bu da ölkədə kiçikmiqyaslı etirazlara yol açmışdı.
 
Prezidentin öz maaşını açıqlaması bəzi ekspertlər tərəfindən "xalqla həmrəylik nümayişi" kimi qiymətləndirilsə də, müxalif dairələr bunu iqtisadi uğursuzluqlara bəraət qazandırmaq cəhdi kimi görürlər. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər