Ermənişünas alimdən ilginc proqnoz
Dünya
431
08:55, Bu gün

Ermənişünas alimdən ilginc proqnoz

"Ermənistanda indi baş verən həbslər göstərir ki, parlament seçkiləri ərəfəsində o daha da çoxalacaq".
 
Moderator.az xəbər verir ki, ermənişünas alim Qafar Çaxmaqlı bunu Ermənistandakı seçkiqabağı həbslər barədə Musavat.com-a açıqlaması zamanı bildirib.
 
Ekspert qeyd edib ki, indiki həbslər payızda keçirilən bələdiyyə seçkilərində müxalif “Haxtanak” partiyasından olan namizədin saxtakarlıqla Vağarşabad bələdiyyə sədrinin müavini seçilməsinin şübhəli olduğundan qaynaqlanıb: “Saxtakarlığın lent yazıları ortaya çıxıb və bu qanunsuzluqlarda iştirak edənlər həbs ediliblər”.
 
Q.Çaxmaqlı bildirib ki, müxalifət bu durumu hakimiyyətin seçki ərəfəsində repressiyaların başlanğıcı hesab edir: “Belə kütləvi həbslərə beynəlxalq reaksiya yoxdur. Ermənistanda beynəlxalq tədbirin keçirilməsinə az vaxt qalmasına baxmayaraq, Avropa İttifaqı və digər quruluşlar da baş verənləri sükutla qarşılayırsa, demək ikili standartlar yenə işə düşüb”.
 
Siyasi şərhçi əlavə edib ki, bu durum Azərbaycanda olsaydı, onlar ciddi şəkildə şivən qaldırardılar. Q.Çaxmaqlı istisna etmir ki, seçkilər ərəfəsində Ermənistan iqtidarı rəqibləri zərərsizləşdirmə tədbirləri görəcək: “Avropa təşkilatları isə susqunluğunu davam etdirəcəklər. Ümumi mənzərə bundan ibarətdir”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər