Tailandda məktəbdə müəllim və şagirdləri girov götürən şəxs saxlanıldı
Dünya
169
22:30, Bu gün

Tailandda məktəbdə müəllim və şagirdləri girov götürən şəxs saxlanıldı

Tailandın cənubunda yerləşən təhsil müəssisəsində atəş açaraq insanları girov götürən silahlı şəxs hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində girov saxlanılan şəxslərin hamısı azad edilib.

Polisin məlumatına görə, insident zamanı azı üç nəfər xəsarət alıb, yaralananlar arasında bir müəllim və bir şagird də var.

Link kopyalandı!
Son xəbərlər