Türkiyə Yunanıstanla ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir
Dünya
324
11 Feb 2026 | 21:45

Türkiyə Yunanıstanla ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir

Türkiyə Yunanıstanla ötən il 7 milyard dollara çatan ticarət dövriyyəsini 10 milyard dollara yüksəltmək niyyətindədir.

Moderator.az-ın məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

“Yunanıstanla Türkiyə arasında ötən il 7 milyard dollara çatan ticarət dövriyyəsinin 10 milyard dollara yüksəldilməsi hədəfi istiqamətində işləri qətiyyətlə davam etdirmək niyyətindəyik”, – deyə Ərdoğan qeyd edib.

Prezident Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüş zamanı ticarət əlaqələri ilə yanaşı, Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlı məsələlərin açıq və səmimi şəkildə müzakirə olunduğunu bildirib.

O, regional problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə idarə edilməsinin vacibliyinə diqqət çəkərək, məsələlərin beynəlxalq hüquq əsasında həllinin mümkün olduğunu vurğulayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər