Zelenski Rusiya ilə danışıqların yeni mərhələsini elan etdi
Dünya
308
20:57, Bu gün

Zelenski Rusiya ilə danışıqların yeni mərhələsini elan etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin münaqişənin nizamlanması üzrə Rusiya ilə danışıqların növbəti mərhələsini təşkil etmək təklifinə razı olduğunu açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Məlumata görə, Zelenskinin iddia etdiyi kimi, yeni müzakirələr gələn həftənin əvvəlində - fevralın 17-i və ya 18-də baş tuta bilər.

Gündəmdəki əsas məsələ ABŞ-nin Donbas ərazisində azad iqtisadi zonanın yaradılması təşəbbüsü olacaq. Zelenski qeyd edib ki, həm Kiyev, həm də Moskva bu təklifə şübhə ilə yanaşır.

"Tərəflərdən heç biri azad iqtisadi zona ideyasından məmnun deyil - nə ruslar, nə də biz. Bizim bu məsələ ilə bağlı fərqli baxışlarımız var", - deyə Ukrayna lideri bildirib.

"Bloomberg"in məlumatına görə, hazırda Rusiyanın öz nümayəndələrini ABŞ-yə göndərəcəyinə dair heç bir əminlik yoxdur. Rusiya, Ukrayna və ABŞ tərəfləri arasında məsləhətləşmələrin əvvəlki mərhələsi BƏƏ-də baş tutub.

Link kopyalandı!
Son xəbərlər