Dünya
300
20:55, Bu gün

"Ukrayna nümayəndə heyətinin Moskvaya səfəri müzakirə olunur" - "Ukraine context"

"Ərazi məsələləri əsas mövzu olacaq, növbəti danışıqlar raundu ABŞ-da planlaşdırılır..."

Ukrayna nümayəndə heyətinin danışıqları sürətləndirmək məqsədilə Moskvaya gedərək birbaşa Vladimir Putinlə görüşməsi ehtimalı gündəmdədir.

Moderator.az xəbər verir ki, vu barədə rəhbəri Kirill Budanovla əlaqələndirilən "Ukraine context" "Telegram" kanalı məlumat yayıb.

Birbaşa Putinlə görüş variantı

Bildirilir ki, Rusiyanın hazırkı nümayəndə heyətinin Kreml daxilində real təsir imkanlarının olmaması səbəbindən proses faktiki olaraq irəliləmir. Son müzakirələrdə görüş yerinin dəyişdirilməsi təklifi səsləndirilib. ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin təhlükəsizlik zəmanətçisi qismində iştirakı variantı da müzakirə olunur.

Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Moskvanın Ukrayna nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib, lakin belə səfərin baş tutacağına şübhə etdiyini də qeyd edib.

Ərazi məsələsi əsas gündəlikdir

Prezident Vladimir Zelenski "Bloomberg"ə müsahibəsində növbəti danışıqlar raundunun gələn həftə ABŞ-da keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, əsas müzakirə mövzusu ərazi məsələsi olacaq.

Zelenski vurğulayıb ki, müharibənin başa çatdırılması ilə bağlı ən çətin məsələlər məhz ərazilərlə bağlıdır və bu mövzuda qərar Putinlə birbaşa təmas olmadan mümkün deyil. ABŞ-ın Donbasda azad iqtisadi zona yaradılması təklifinə isə həm Kiyev, həm də Moskva skeptik yanaşır.

Atəşkəs və bərpa məsələləri

Zelenskinin sözlərinə görə, BƏƏ-də keçirilən son görüşlər atəşkəs mexanizminə və onun ABŞ tərəfindən monitorinqinə həsr olunub. Lakin formulyasiyalar üzrə fərqli yanaşmalar qalır və yekun qərarlar siyasi səviyyədə qəbul edilməlidir.

Prezident həmçinin bildirib ki, növbəti mərhələdə müharibədən sonrakı bərpa və maliyyələşmə məsələləri də müzakirə ediləcək. Onun sözlərinə görə, Ukraynanın qarşıdakı illərdə milyardlarla dollar həcmində vəsaitə ehtiyacı olacaq və bunun üçün Avropanın iştirakı ilə aydın maliyyə mexanizmi formalaşdırılmalıdır.

Link kopyalandı!
Son xəbərlər