Rusiya Dövlət Dumasının deputatı
Dünya
271
18:30, Bu gün

Rusiya Dövlət Dumasının deputatı "Telegram"ı məhdudlaşdıranları əclaf adlandırıb

Rusiya Dövlət Dumasının deputatı, Ədalətli Rusiya partiyasının sədei Sergey Mironov "Telegram" messencerinin bloklanmasının əleyhinə çıxıb.

Moderator.az xəbər verir ki, siyasətçi mesencerin məhdudlaşdıranları əclaflar adlandırıb.

""Telegram"ı əclaflar məhdudlaşdırır! Kim bunu edirsə, SVO-ya getsin. Bu messencer ön cəbhədə yeganə əlaqə vasitəsidir. Kimsə qərar verir ki, messenceri yavaşıtmaq lazımdır. Bunu axmaqlar edir. Bu, sadəcə, təxribat deyil, xəyanətdir. Orada insanlar Rusiya üçün, rus dünyası üçün ölür, bəs siz nə edirsiniz? Ağlınızı başınıza alın!", - Mironov bildirib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov "Telegram"ın məhdudlaşdırılmasına təəssüfləndiyini, lakin messencerin Rusiya qanunlarına tabe olmalı olduğunu söyləyib.

Link kopyalandı!
Son xəbərlər