Ukrayna dövlət başçısının ofisi "Financial Times" nəşrinin fevralın 24-də ölkədə seçki və referendumun elan olunacağı barədə yaydığı məlumata reaksiya verib.
Moderator.az xəbər verir ki, bu xüsusda "RBC-Ukrayna" agentliyinə prezident komandasındakı mənbə açıqlama verib.
Mənbənin vurğuladığına görə, təhlükəsizliklə bağlı vəziyyət həlledici amil olaraq qalmaqdadır:
"Seçki prosesi üçün təhlükəsizlik təmin edilmədiyi təqdirdə heç bir bəyanat verilməyəcək".
Qeyd edək ki, "Financial Times" qəzeti Ukrayna və Qərb rəsmilərinə, həmçinin vəziyyətdən xəbərdar olan şəxslərə istinadən Prezident Volodimir Zelenskinin fevral ayında seçkilər və sülh sazişi üzrə referendum barədə qərarını açıqlaya biləcəyini yazıb. Materialda iddia olunur ki, ABŞ Prezidenti Donald Trampın komandası Ukrayna tərəfindən hər iki səsvermənin mayın 15-dək keçirilməsini tələb edib, əks halda təhlükəsizlik zəmanətlərinin ləğv ediləcəyi ilə hədələyib.