20:30
4°C
Bakı
Kanadanın Baş naziri Mark Karni Britaniya Kolumbiyasındakı məktəbdə baş verən atışmadan sonra Münhen Təhlükəsizlik Konfransına səfərini təxirə salıb.
Moderator.az xəbər verir ki, bu barədə CTV kanalı baş nazirin ofisinin açıqlamasına istinadən məlumat yayıb.
Siyasətçi, həmçinin fevralın 11-də Yeni Şotlandiya ştatının Halifaks şəhərində keçiriləcək müdafiə açıqlamasını da təxirə salıb.
Yeri gəlmişkən, "CBC News" Kanadanın Britaniya Kolumbiyasındakı Tumbler Ridge Liseyində atışma baş verdiyini bildirib. Şübhəli silahlı şəxs də daxil olmaqla, ən azı 10 nəfər həlak olub. İki yaralı ağır vəziyyətdə vertolyotla xəstəxanaya çatdırılıb. Təxminən 25 nəfər yerli tibb mərkəzinə müraciət edib.