19:15
4°C
Bakı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
Moderator.az xəbər verir ki, görüşdən sonra Türkiyə–Yunanıstan 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının nümayəndə heyətləri arasında iclas keçiriləcək.
İclas çərçivəsində Türkiyə və Yunanıstanın bir neçə nazirliyi arasında bir sıra razılaşmaların imzalanması gözlənilir.
Qeyd edək ki, imza mərasimindən sonra birgə mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub.