19:03
4°C
Bakı
Türkiyə parlamentində gərginlik yaşanıb.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ədliyyə naziri təyin edilən Akın Gürlek və daxili işlər naziri təyin edilən Mustafa Çiftçinin andiçmə mərasimindən əvvəl TBMM-də gərginlik yaranıb.
CHP-li millət vəkilləri kürsünü zəbt edərək yeni nazirlərin and içməsinə mane olmağa çalışıblar, nəticədə AKP və CHP-dən olan deputatlar yumruqlaşıblar.
Sonda nazirlərin and içmələri təmin olunub, parlamentin işinə fasilə verilib.