AŞ-nin anti-Azərbaycan mövqeli sabiq baş katibinin diplomatik toxunulmazlığı ləğv edildi
Dünya
327
17:47, Bu gün

AŞ-nin anti-Azərbaycan mövqeli sabiq baş katibinin diplomatik toxunulmazlığı ləğv edildi

Norveç hökumətinin keçmiş rəhbəri və Avropa Şurasının (AŞ) sabiq baş katibi Torbörn Yaqland diplomatik toxunulmazlıq hüququndan məhrum edilib.

Moderator.az xəbər verir ki, bu xəbəri Fransanın BFM telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, onun toxunulmazlığının ləğvi qərarı Oslo hakimiyyətinin sorğusuna cavab olaraq verilib. Bu, Yaqlandın amerikalı maliyyəçi Ceffri Epşteynlə keçmişdə olan əlaqələri ilə ağırlaşdırılmış korrupsiya iddiaları üzrə başlanan istintaqla bağlıdır.

Sözügedən diplomat 1996-cı ildən 1997-ci ilə qədər Norveç Nazirlər Kabinetinə rəhbərlik edib. Daha sonra o, AŞ-də fəaliyyət göstərib və 2009-cu ildən 2019-cu ilə qədər qurumun baş katibi postunu tutub.

Norveç hüquq-mühafizə orqanları fevralın 6-dan keçmiş baş nazirin Epşteyn işi üzrə fəaliyyətini araşdırmağa başlayıb. Hazırda ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. Müstəntiqlər hədiyyələrin alınmasını, eləcə də səyahət xərcləri və əvvəlki vəzifələri ilə bağlı kreditlərin ödənilməsini yoxlamaq niyyətindədirlər.

Onu da qeyd edək ki, AŞ-nin baş katibi kimi Yaqland son dərəcə anti-Azərbaycan mövqeyi ilə seçilib. O, dəfələrlə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini və daxili siyasətini qərəzli şəkildə tənqid edib.

Link kopyalandı!
Son xəbərlər