Krasnodarda kollecdə atışma: Ölən və yaralanan var
Dünya
161
17:45, Bu gün

Krasnodarda kollecdə atışma: Ölən və yaralanan var

Rusiyanın Krasnodar diyarının Anapa şəhərində yerləşən sənaye texnikumunda atışma baş verib.

Bu barədə Moderator.az "MK.ru" nəşrinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, atışma nəticəsində bir mühafizəçi ölüb, daha iki nəfər - qadın kitabxanaçı və bir tələbə yaralanıb.

Hücum nahar fasiləsi zamanı baş verib. Ov tüfəngi ilə silahlanmış gənc oğlan kollecə girməyə cəhd edib, lakin mühafizəçi onu dayandırmağa çalışıb və bu zaman cinayətkar atəş açıb.

Vilayət qubernatorunun sözlərinə görə, mühafizəçi operativ reaksiya verib, hüquq-mühafizə orqanlarına zəng edib, hücum edən şəxsin daha irəli getməsinin qarşısını alıb və bu zaman həyatını itirib.

Yeməkxanaya gedən qadın kitabxanaçı və tələbələrdən biri hadisə anında xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər. Atışmada xəsarət alanların dəqiq sayı müəyyən edilir.

Atışma başladıqdan dərhal sonra şagirdlər və müəllimlər sinif otaqlarına qapanıblar.

Hücumda şübhəli bilinən şəxs saxlanılıb. İlkin məlumata görə, onun 17 yaşı var.

Link kopyalandı!
Son xəbərlər