18:24
4°C
Bakı
Naməlum silahlı şəxs Tailandın cənubunda məktəbdə atəş açaraq bir neçə nəfəri yaralayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Khaosod" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Sonqxla əyalətinin Hatyay şəhərində baş verib.
İnsident zamanı bir neçə nəfər yaralanıb, lakin itkilərin dəqiq sayı məlum deyil.
İlkin məlumatlara görə, şübhəli şəxs dərslər başa çatmazdan bir az əvvəl məktəb ərazisinə daxil olaraq, 300-dən çox şagird və müəllimi girov götürüb. Hadisəni törədənin 18 yaşı olduğu bildirilir.
Polis məktəbi mühasirəyə alıb və əhaliyə təhsil mərkəzinə gedən yollarda hərəkət etməməyi tövsiyə edib.