Çin Aya uçuşlar üçün kritik testləri tamamladı
Dünya
298
15:50, Bu gün

Çin Aya uçuşlar üçün kritik testləri tamamladı

Çin Aya pilotlu uçuşlar üçün nəzərdə tutulmuş yeni "Çanjen-10" daşıyıcı raketinin, həmçinin perspektivli "Mençjou" ("Xəyal qayığı") gəmisinin qəza xilasetmə sisteminin kompleks uçuş sınaqlarını uğurla həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə fevralın 11-də "Xinhua" agentliyi xəbər yayıb.

"Sınaqlar ölkənin cənubunda, Haynan əyalətindəki Vençan kosmodromunda baş tutub. Testlər zamanı mütəxəssislər raketin aşağı hündürlüklərdə nümayiş uçuşunu həyata keçiriblər və maksimum aerodinamik təzyiq şəraitində "Mençjou" gəmisinin xilasetmə sisteminin işini yoxlayıblar", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, sınaqların uğurla başa çatması Aya pilotlu uçuşlar üzrə milli proqramın həyata keçirilməsində önəmli addım olub.

Link kopyalandı!
Son xəbərlər