15:37
3°C
Bakı
Ermənistanda beş müxalifətçinin saxlanılması barədə xəbər yayılıb.
Moderator.az xəbər verir ki, bu barədə Armavir bölgəsinin Vaqarşapat şəhərinin Ağsaqqallar Şurasının "Qələbə" fraksiyasının rəhbəri Sevak Xaçatryan sosial media hesabında məlumat verib.
"Bu səhər tezdən Vaqarşapatda müxalif mövqeli müxtəlif şəxslərə qarşı repressiyalar başlayıb. Axtarışlar və həbslər davam edir. Əldə etdiyimiz məlumata görə, indiyə qədər beş nəfər saxlanılıb", - deyə Xaçatryan bildirib.
Ermənistan İstintaq Komitəsinin rəsmisi Kima Avdalyan TASS-a bildirib ki, məsələ ilə bağlı daha sonra açıqlama veriləcək:
"Həbslərə gəldikdə, bu bizim səlahiyyətlərimizə aiddir. Məsələ ilə bağlı daha sonra açıqlama verəcəyik".