Kanadada məktəbdə baş verən atışmada 10 nəfər ÖLDÜ
Dünya
269
09:06, Bu gün

Kanadada məktəbdə baş verən atışmada 10 nəfər ÖLDÜ

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tambler-Ric orta məktəbində atışma baş verib. Hadisə nəticəsində hücum edən şəxs də daxil olmaqla azı 10 nəfər həyatını itirib.
 
Moderator.az "Global News"a istinadən xəbər verir ki, bu barədə Kanada Kral Atlı Polisi (RCMP) məlumat yayıb.
 
Polis hadisə yerinə çatdıqda məktəbdə 6 nəfərin meyiti aşkarlanıb, daha bir yaralı isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
CBC-nin məlumatına görə, hadisə ilə əlaqəli olduğu ehtimal edilən başqa bir məkanda da 2 nəfərin cəsədi tapılıb. Şübhəli bilinən şəxs isə qadındır. O, aldığı xəsarətlər nəticəsində ölü tapılıb. Polis onun özünə xəsarət yetirdiyini bildirib.
 
Ağır xəsarətlər alan 2 nəfər helikopterlə xəstəxanaya çatdırılıb. Bundan başqa, təxminən 25 nəfər yerli tibb mərkəzində müayinədən keçirilir.
 
Məlumata görə, Tambler-Ric orta məktəbində 7-12-ci sinif şagirdləri təhsil alır. Rəsmi məlumata görə, məktəbdə təxminən 170 şagird var.
 
Məktəbdən bir kilometrdən az məsafədə ibtidai məktəb də yerləşir. "Global News" bildirir ki, hər iki təhsil müəssisəsi həftənin sonunadək bağlanacaq, yerli tibb mərkəzində isə ziyarətlər məhdudlaşdırılıb.
Link kopyalandı!
Son xəbərlər