Dünya
144
10 Feb 2026 | 23:36

"Formula-1" pilotu Antonelli San-Marinoda qəzaya düşdü

İtaliyalı "Formula-1" pilotu Andrea Kimi Antonelli San-Marinoda qəza keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "Mercedes" komandasının açıqlamasında deyilir.

Qəza fevralın 7-də, axşam baş verib. Yol polisinin məlumatına görə, Antonelli San-Marinoya aparan magistral yolda idarəetməni itirib, daha sonra onun avtomobili yol dirəyinə, maneəyə, sonda isə divara çırpılıb.

Hadisə yerinə polisi pilot özü çağırıb. Avtomobilə ciddi ziyan dəyməsinə baxmayaraq, 19 yaşlı sürücü heç bir xəsarət almayıb.

Qəza zamanı Antonelli komandanın ona bir gün əvvəl təhvil verdiyi 200 ədədlik məhdud sayda olan eksklüziv "Mercedes-AMG GT 63 PRO" avtomobilini idarə edib.

Pilot fevralın 11-13-də Bəhreyndə "Mercedes W17" avtomobili ilə sınaq yarışlarında iştirak edəcək.

Qarşıdan gələn mövsüm 19 yaşlı idmançının "Formula-1"də ikinci mövsümü olacaq. 2025-ci ildə o, pilotların sıralamasında 150 xal toplayaraq yeddinci yeri tutub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər