01:58
2°C
Bakı
Venesuela hökuməti uzun illər sonra İsrailə neft tədarükünü bərpa edib.
Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.
Yükün İsrailin ən böyük neft emalı zavodu olan “Bazan Group” üçün daşındığı bildirilir.
Agentlik onu da bildirib ki, Venesuela neftinin böyük hissəsi son bir ay ərzində Hindistan, İspaniya və ABŞ-dakı alıcılara satılıb.