ABŞ
Dünya
138
10 Feb 2026 | 23:20

ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Livanın şiə təşkilatı "Hizbullah"ın maliyyələşdirilməsi ilə əlaqəsi olan bir sıra təşkilat və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Moderator.az bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir.

Sanksiyalar, xüsusilə "Hizbullah"la əlaqəli fəaliyyət göstərən və qızıl ehtiyatlarının nağdlaşdırılması ilə məşğul olan "Jood SARL" şirkətini əhatə edir.

Bundan əlavə, "Hizbullah"la əlaqəli Əli Kasirə, həmçinin "Hizbullah"la bağlı şirkətdə çalışan Rusiya vətəndaşı Andrey Borisova da sanksiyalar tətbiq olunub.

Sanksiyaların tətbiqi o deməkdir ki, adıçəkilən şəxslərin və təşkilatların ABŞ-dəkı bütün əmlakı və əmlak maraqları bloklanır. ABŞ-nin sanksiya rejiminin pozulması həm ABŞ vətəndaşları, həm də əcnəbilər üçün mülki və ya cinayət məsuliyyətinə səbəb ola bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər