Bu ilin əvvəlindən Gürcüstandan 300-ə yaxın əcnəbi deportasiya olunub
Dünya
220
10 Feb 2026 | 23:10

Bu ilin əvvəlindən Gürcüstandan 300-ə yaxın əcnəbi deportasiya olunub

Bu ilin əvvəlindən təqribən 300 nəfər əcnəbi Gürcüstandan deportasiya olunub.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.

Onun sözlərinə görə, ölkədə hər bir qanunsuz miqrasiya faktının müəyyən olunması üçün intensiv işlər davam etdirilir və məqsəd qeyri-qanuni miqrasiyanın səviyyəsini minimuma endirməkdir.

Qeyd edək ki, Gürcüstanda ötən ilin oktyabrın 1-dən qüvvəyə minmiş sərt miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin deportasiyası sadələşdirilmiş prosedur üzrə həyata keçirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər