Durov Rusiyada
Dünya
134
22:27, Bu gün

Durov Rusiyada "Telegram"a girişin məhdudlaşdırılmasını tənqid etdi

"Telegram"ın qurucusu Pavel Durov Rusiyada bu sosial şəbəkədən istifadənin məhdudlaşdırılması məsələsinə münasibət bildirib.

Moderator.az xəbər verir ki, Pavel Durov bununla bağlı öz sosial şəbəkə hesabında açıqlama yayıb.

O qeyd edib ki, Rusiya hakimiyyəti vətəndaşları üzərində nəzarəti gücləndirmək və siyasi senzura tətbiq etmək niyyətindədir. Durovun fikrincə, "Telegram"a girişin məhdudlaşdırılması cəhdlərinin əsas məqsədi istifadəçiləri dövlət tərəfindən idarə olunan alternativ tətbiqlərdən istifadə etməyə məcbur etməkdir.

Pavel Durov vurğulayıb ki, oxşar strategiya səkkiz il əvvəl İran tərəfindən də sınaqdan keçirilib və uğursuzluğa düçar olub:

"Səkkiz il əvvəl İran da eyni strategiyanı sınadı və uğursuz oldu. Hakimiyyət insanları dövlət tərəfindən idarə olunan alternativ tətbiqlərə yönləndirmək məqsədilə "Telegram"ı uydurma bəhanələrlə qadağan etdi. Lakin qadağaya baxmayaraq, əksər iranlılar senzuranı aşaraq hələ də "Telegram"dan istifadə edir və onu izlənilən tətbiqlərdən üstün tutur", - deyə Pavel Durov qeyd edib.

Link kopyalandı!
Son xəbərlər