00:16
2°C
Bakı
Filippinin cənubunda "Trisha Kerstin 3" bərəsinin batması nəticəsində ölənlərin sayı 51-ə çatıb.
Moderator.az "ABS-CBN News"a istinadən xəbər verir ki, bu məlumatı respublikanın Sahil Mühafizəsi yayıb.
Axtarış əməliyyatları bərpa edildikdən sonra dalğıclar iki uşaq və üç yetkinin cəsədini tapıblar.
Zamboanga şəhərindən Jolo şəhərinə gedən sərnişin bərəsi yanvarın 25-i axşam Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb. Hadisə zamanı 316 sərnişinin hamısı xilas edilib.