Laricani Oman sultanı və XİN rəhbəri ilə ABŞ ilə danışıqların nəticələrini müzakirə edib
Dünya
1354
10 Feb 2026 | 20:59

Laricani Oman sultanı və XİN rəhbəri ilə ABŞ ilə danışıqların nəticələrini müzakirə edib

İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani Maskatda Oman sultanı Heysəm bin Tariq Al Səid, daha sonra isə xarici işlər naziri Bədr bin Hamed əl-Busaidi ilə görüşüb.

Moderator.az "Mehrnews"a istinadən xəbər verir ki, ölkələr ən son regional və beynəlxalq hadisələri, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

"Tərəflər həmçinin İran-ABŞ danışıqlarındakı son hadisələri nəzərdən keçirib və hər iki tərəfin maraqlarına cavab verən balanslaşdırılmış və ədalətli razılaşmanın əldə olunması yollarını müzakirə ediblər. Danışıqlar zamanı, həmçinin regional və beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi naminə fikir ayrılıqlarının aradan qaldırılması və mübahisələrin sülh yolu ilə həlli vasitəsi kimi dialoqa və danışıqlar prosesinə qayıtmağın vacibliyi vurğulanıb", - məlumatda qeyd olunub.

IRNA agentliyinin məlumatına görə, Laricaninin Oman sultanı ilə təxminən üç saat davam edən görüşü müsbət və konstruktiv keçib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər