Kallas: Aİ Ukraynada nizamlanma çərçivəsində Rusiyaya öz tələblərini irəli sürməlidir
Dünya
135
20:20, Bu gün

Kallas: Aİ Ukraynada nizamlanma çərçivəsində Rusiyaya öz tələblərini irəli sürməlidir

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Aİ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində Rusiyaya qarşı öz tələblər siyahısını irəli sürməlidir.

Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

"Danışıqlar masası arxasında oturan hər kəs, o cümlədən Rusiya və ABŞ başa düşməlidir ki, sizə avropalıların razılığı lazımdır", - o vurğulayıb.

Qeyd olunub ki, müharibənin dayandırılması üzrə danışıqlar əsasən Ukrayna, ABŞ və Rusiya rəsmilərinin iştirakı ilə aparılıb, avropalılarla isə vaxtaşırı məsləhətləşmələr keçirilib. Lakin Avropa rəsmilərinin fikrincə, Aİ-nin iştirakı olmadan sülh sazişi qeyri-mümkündür.

Kallas siyahını yaxın günlərdə Aİ-yə üzv ölkələrin hökumətlərinə təqdim edəcəyini bildirib. Siyahıya nələrin daxil ola biləcəyi barədə suala cavabında o, bütün ukraynalı uşaqların geri qaytarılmasını və Rusiya silahlı qüvvələri üçün məhdudiyyətləri qeyd edib.

"Dayanıqlı sülhə nail olmaq üçün Rusiya tərəfindən hansı güzəştləri görməli olduğumuzu müzakirə etməyimiz vacibdir", - o deyib.

Avropa rəsmiləri həmçinin bildiriblər ki, onların əlində istənilən nizamlanmanın bir hissəsi ola biləcək, Avropada dondurulmuş təxminən 210 milyard avro (250 milyard ABŞ dolları) məbləğində Rusiya aktivləri kimi təsir vasitələri var.

Link kopyalandı!
Son xəbərlər