Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
Dünya
280
20:17, Bu gün

Yaponiyanın ən yaşlı kişisi vəfat etdi

Yaponiyanın ən yaşlı kişisi Mizuno Kiyotaka 111 yaşında vəfat edib.

Moderator.az bildirir ki, bu barədə ölkənin NHK dövlət televiziya kanalı məlumat verib.

Məlumata görə, 14 mart 1914-cü ildə anadan olan Mizuno, paytaxt Tokio yaxınlığındakı Şizuoka əyalətinin İvata şəhərində yaşla əlaqəli səbəblərdən dünyasını dəyişib.

"Mizunonun ölümündən dərin kədər duyuruq. O, uzun zamandır həyatda olmağın və sağlamlığın simvolu kimi qəbul edilirdi", - deyə İvata bələdiyyə sədri Kusaçi Hiroaki bildirib.

Müasir Yaponiya tarixində Taişo, Şova, Heysey və Reyva olmaqla, dörd imperator hakimiyyəti dövründə yaşayan Mizuno ömrünün son illərində oğlu ilə birlikdə Kakeşita bölgəsindəki evində yaşayıb.

Bələdiyyənin məsələ ilə bağlı açıqlamasına görə, təxminən 50 ildir kənd təsərrüfatı ilə məşğul olan Mizuno gəzməkdən başqa çox az köməyə ehtiyac duyurdu və gündə üç dəfə yemək yeyirdi. 2024-cü ilin avqust ayında Yaponiyanın "Ən yaşlı kişisi" adını alan Mizuno Kiyotaka uzunömürlülüyünün sirri ilə bağlı suallara maraqlı cavab vermişdi.

"Bilmirəm. Bu qədər uzun yaşayacağımı heç düşünməmişdim", - deyə o bildirmişdi.

Link kopyalandı!
Son xəbərlər