Aİ ölkələri NATO-nun üç Birgə Qüvvələr Komandanlığına rəhbərlik edəcək
Dünya
109
19:07, Bu gün

Aİ ölkələri NATO-nun üç Birgə Qüvvələr Komandanlığına rəhbərlik edəcək

NATO-nun Avropa müttəfiqləri yeni məsuliyyət bölgüsü çərçivəsində alyansın hər üç Birgə Qüvvələr Komandanlığına rəhbərlik edəcəklər.

Moderator.az xəbər verir ki, bu barədə Alyansın saytındakı bəyanatda bildirilib.

"Müttəfiqlər bu il fevralın 6-da NATO-nun komandanlıq strukturunda yüksək rütbəli zabitlərin məsuliyyətinin yeni bölgüsü barədə razılığa gəliblər ki, bu çərçivədə Avropalı müttəfiqlər, o cümlədən alyansın ən yeni üzvləri NATO-nun hərbi rəhbərliyində daha nəzərəçarpacaq rol oynayacaqlar", - sənəddə qeyd olunub.

Bildirilib ki, Böyük Britaniya Norfolkdakı Müştərək Qüvvələr Komandanlığına, İtaliya isə Neapoldakı Müştərək Qüvvələr Komandanlığına rəhbərliyi öz üzərinə götürəcək; hazırda bu komandanlıqların hər ikisinə ABŞ rəhbərlik edir. Almaniya və Polşa rotasiya əsasında Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığına birgə rəhbərlik edəcəklər.

"Nəticədə, böhran və münaqişə şəraitində operativ səviyyədə rəhbərliyi həyata keçirən hər üç Birgə Qüvvələr Komandanlığına avropalılar başçılıq edəcək", - bəyanatda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər