20:11
1°C
Bakı
Kolumbiyada güclü yağışların fəsadları səbəbindən 22 nəfər ölüb, minlərlə ailə təxliyə edilib.
Moderator.az "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Həlak olanların ümumi sayından 14-ü Kordova və Sukre departamentlərində qeydə alınıb, azı 9 000 ev zərər görüb. Cənub-qərbdəki Narinyo departamentində isə torpaq sürüşməsi nəticəsində yeddi nəfər ölüb", - məlumatda bildirilib.
Qeyd olunub ki, ilin bu vaxtında güclü yağışlar Kolumbiya üçün nadir hadisədir.