21:26
2°C
Bakı
Fransa Prezidenti Emmanuel Makron 17-19 fevral tarixlərində Hindistana səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə bu gün Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Makron Baş nazir Narendra Modi ilə danışıqlar aparacaq.
Fransa Prezidenti gələn həftə Nyu-Dehlidə keçiriləcək süni intellektlə bağlı sammitdə iştirak edəcək.
Məlumata görə, Modi və Makron Hind-Sakit Okean regionunda əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə edəcəklər.