İran hakimiyyəti İsfahandakı strateji nüvə kompleksinin təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlər görüb və yeraltı kommunikasiyalara girişləri bloklayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Xəbərdə bildirilir ki, bu qərar havadan və ya yerüstü potensial zərbələrin nəticələrinin qarşısını almağa hesablanıb:
"Fevralın 10-da əldə edilən peyk görüntülərinin təhlili son eskalasiya zamanı dəfələrlə təhlükə altında qalan İsfahandakı obyektdə qeyri-standart istehkam möhkəmləndirmə işlərinin aparıldığını göstərir. Videolardan aydın olur ki, yeraltı tikililərin üç əsas girişi torpaq bəndlər vasitəsi ilə gizlədilib".
Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun mütəxəssislərinə istinadən vurğulanıb ki, obyektin mərkəzi və cənub girişləri demək olar ki, görünməzdir:
"Şimal qapılarından giriş tamamilə bağlanıb, bu zonada nəqliyyat vasitəsinin hərəkəti isə müşahidə edilmir.
Mütəxəssislər hesab edirlər ki, bu tədbirlər ABŞ və ya İsrail tərəfindən mümkün hərbi təcavüz halında profilaktik tədbir kimi həyata keçirilir".