İran diplomatı:
Dünya
183
17:37, Bu gün

İran diplomatı: "Qafqazdakı əmin-amanlıq bizim üçün də sülh hesab olunur"

İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai fevralın 10-da keçirdiyi həftəlik brifinqdə ölkənin müdafiə naziri Əziz Nəsirzadənin Bakıya səfərindən danışıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Diplomat bildirib ki, sözügedən səfər İranın qonşu ölkələrlə əməkdaşlığı möhkəmləndirmək qətiyyətinin göstəricisidir:

"Bu, xarici işlər naziri Abbas Əraqçının Bakıya səfərinin davamıdır. Belə görüşlər region ölkələri arasında anlaşmanı qorumaq və hər hansı şübhələri aradan qaldırmaq üçün mühümdür. Qafqaz bölgəsi İran üçün vacibdir və oradakı əmin-amanlıq bizim üçün də sülh hesab olunur".

Onun sözlərinə görə, səfər zamanı müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub:

"Görüşlər iki ölkə arasında etimadı gücləndirəcək".

Link kopyalandı!
Son xəbərlər