Yapon fiqurlu konkisürənlərinin şikayətindən sonra podiumun səthi dəyişdiriləcək
Dünya
196
17:35, Bu gün

Yapon fiqurlu konkisürənlərinin şikayətindən sonra podiumun səthi dəyişdiriləcək

Beynəlxalq Olimpiya Komitəsi (BOK) yapon fiqurlu konkisürənlərin şikayətindən sonra Olimpiadada podiumun səthini dəyişdirib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsinin kommunikasiya direktoru Luka Kassa jurnalistlərə məlumat verib.

Daha əvvəl Yaponiya millisi komanda fiqurlu konkisürmə mükafatlandırma mərasimində podium səthi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmiş və səthin keyfiyyətinin aşağı olduğunu bildirmişdi.

"Bizə bu barədə məlumat verildi, podiumun səthində bəzi hissəciklərin olduğunu bilirdik. Biz dərhal tədbir gördük və podiumun səthini dəyişdirəcəyik. Bu problemləri Beynəlxalq Konkisürmə İttifaqı ilə həll etmək üçün bir az daha çox vaxta ehtiyacımız var", - deyə Kassa bildirib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Link kopyalandı!
Son xəbərlər