Fevralın 11-də Almaniyanın bütün ərazisində dövlət sektoru işçiləri tətil keçirəcək.
Moderator.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.
Etirazların Hessen istisna olmaqla, Almaniyanın bütün federal torpaqlarında keçirilməsi planlaşdırılır.
Etirazı təşkil edən həmkarlar ittifaqları işçilərin əməkhaqqının 7 % artırılmasını tələb edir. İşəgötürənləri təmsil edən Alman Torpaqlarının Tarif İttifaqı (TdL) indiyədək heç bir təklif irəli sürməyib. Onlar arasında danışıqlar tətillər başa çatdıqdan sonra aparılmalıdır.
Tətil universitet klinikaları, ali təhsil müəssisələri və yol-tikinti idarələrinin işçiləri arasında elan edilib. Bəzi federal torpaqlarda uşaq bağçaları və məktəblərin işçiləri də tətil edəcək, dərslərin ləğv edilməsi gözlənilir.