18:36
1°C
Bakı
76-cı Berlin Film Festivalının keçiriləcəyi tarix məlum olub.
Moderator.az xəbər verir ki, bu barədə festivalın rəsmi səhifəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 76-cı Berlin Film Festivalı fevralın 12–21 tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək.
Qeyd edək ki, ötən il "Ən yaxşı rejissor" nominasiyası üzrə "Living The land" (Torpaqda yaşamaq) filmi ilə Huo Meng, "Ən yaxşı ssenari" nominasiyası üzrə "Kontinental'25" filmi ilə Radu Jude, "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Holding Liat" (Liatı tutmaq) filmi ilə isə Brandon Kramer qalib olub.