İranın Ali lideri Əli Xamenei 2000-dən çox məhbusu əfv edib və ya cəzasını yüngülləşdirib.
Moderator.az "Aawsat.com" nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin məhkəmə sistemindən məlumat verilib.
Məlumata görə, bu siyahıya son etirazlarda iştirak edənlər daxil edilməyib.
"Xamenei məhkəmə sistemi rəhbərinin 2 108 məhkumun əfvi, cəzasının yüngülləşdirilməsi və ya dəyişdirilməsi ilə bağlı xahişini təmin edib", - deyə məhkəmə sisteminin "Mizan Online" saytında qeyd edilib.
"Lakin siyahıya son iğtişaşlarda iştirak etməkdə təqsirləndirilən şəxslər və məhkumlar daxil deyil", - deyə məlumatda məhkəmə sistemi rəhbərinin müavini Əli Mozaffariyə istinadən bildirilir.
Xatırladaq ki, İranda yaşayış xərclərinin artmasına qarşı etirazlar dekabrın sonlarında başlayıb və daha sonra ölkə miqyasında hökumət əleyhinə nümayişlərlə əvəz edilib, 8 və 9 yanvar tarixlərində pik həddə çatıb.