18:11
1°C
Bakı
Rusiya hüquq-mühafizə orqanları general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı daha bir nəfəri saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, 46 yaşlı Rusiya vətəndaşı Pavel Vasin saxlanılıb.
Məlum olub ki, ələ keçən şəxs generalın izlənilməsində və anbardan silahların götürülməsində iştirak edib.
Vasinin Ukrayna kəşfiyyat orqanlarının maraq dairəsində olan şəxslərin yaşayış ünvanları və nəqliyyat vasitələri barədə məlumat topladığı bildirilir. O, Rusiya Müdafiə Nazirliyinin digər iki yüksəkvəzifəli məmurunun izləndiyini də etiraf edib.
Qeyd edək ki, bundan əvvəl sözügedən sui-qəsd hadisəsi ilə bağlı daha iki nəfər saxlanılıb.