Bizi sosial şəbəkələrdən izləyin:
Çinin Şandun bölgəsində qızıl mədənindəki qəzada azı yeddi nəfər ölüb.
Moderator.az xəbər verir ki, bu barədə "Sina" xəbər portalı məlumat yayıb.
Xilasedicilər hazırda faciənin nəticələrinin aradan qaldırılması üzərində işləyirlər.
Fövqəladə hallar, ictimai təhlükəsizlik və digər müvafiq qurumlar qəzanın səbəblərini araşdırır.
İlkin məlumatlara görə, faciə işçilər və ya avadanlıqlar mədənə endirilərkən və ya qaldırılarkən baş verib.
Dəqiq səbəb - texniki nasazlıq, istismar qaydalarının pozulması və ya digər amillər araşdırıldıqdan sonra müəyyən ediləcək.