Rusiya neft hasilatını azaldır
Dünya
153
22:30, Bu gün

Rusiya neft hasilatını azaldır

Rusiyada neft istehsalı yanvar ayında azalaraq gündə 9,28 milyon barelə enib.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın günlük neft istehsalı OPEC-in kvotasından təxminən 300 min barel azdır.

Hasilatın azalmasına əsas səbəblərdən biri Hindistanın Rusiyadan neft alışını azaltmasıdır. "Rosneft" və "Lukoil" şirkətlərinə sanksiyalar tətbiq ediləndən sonra Rusiya ixrac etdiyi neft məhsullarını sata bilməyib. Fevralın əvvəlində üzən anbarlarda 143 milyon barel Rusiya nefti var idi. Bu, bir il əvvəlki həcmdən təxminən iki dəfə və noyabrın sonundakı həcmdən dörd dəfə çoxdur.

Link kopyalandı!
Son xəbərlər