23:41
5°C
Bakı
Livanın şimalındakı Tripoli şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Moderator.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, xilasedicilər dağıntılar altında daha səkkiz nəfər çıxarıblar və onlar xəstəxanaya yerləşdiriliblər.
Livan Prezidenti Jozef Aun bütün təcili yardım xidmətlərinin xilasetmə əməliyyatına kömək etmək və qonşu binaların sakinlərinə sığınacaq vermək üçün yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Baş nazir Nəvaf Salam hökumətin təxliyə olunanlara müavinət verməyə hazır olduğunu bildirib. O, faciəni "illərin səhlənkarlığı" ilə əlaqələndirib.