Nikol Paşinyan: TRIPP layihəsi çərçivəsində texniki-iqtisadi tədqiqatlar başlayıb
Dünya
207
21:18, Bu gün

Nikol Paşinyan: TRIPP layihəsi çərçivəsində texniki-iqtisadi tədqiqatlar başlayıb

Ermənistanda TRIPP ("Beynəlxalq sülh və firavan həyat naminə Tramp Marşrutu") layihəsinin icrası çərçivəsində texniki-iqtisadi tədqiqatlar başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nikol Paşinyan TRIPP layihəsini 2025-ci ilin 8 avqustunda keçirilən Vaşinqton sülh sammitinin əsas nailiyyətlərindən biri adlandırıb.

"TRIPP layihəsinin icrası üzrə bu il yanvarın 13-də Ermənistanın xarici işlər naziri və ABŞ Dövlət katibi tərəfindən imzalanan çərçivə sazişi daxilində təsdiq etdik, bu layihə əhəmiyyətli sülh dividendləri ilə yanaşı, həm regional, həm də qlobal əhəmiyyətə malik olacaq", - o deyib.

Onun sözlərinə görə, İrəvan layihə üzrə hazırlıq işlərinin, eləcə də bir neçə gün əvvəl başlayan texniki-iqtisadi tədqiqatların gedişatından razıdır.

"Biz həmçinin cənab Vens ilə Cənubi Qafqazda sabitliyin və sülhün ən vacib zəmanəti kimi regionun nəqliyyat kommunikasiyalarının tamamilə açılması perspektivlərini müzakirə etdik. Hesab edirəm ki, bu kontekstdə Ermənistan və Türkiyə arasında normallaşma prosesi çərçivəsində davam edən dialoqu, o cümlədən Gümrü-Qars dəmir yolunun açılmasını başa çatdırmaq son dərəcə vacibdir", - o deyib.

Link kopyalandı!
Son xəbərlər