ABŞ ordusu Hind okeanında tanker ələ keçirdi
Dünya
1462
09 Feb 2026 | 20:17

ABŞ ordusu Hind okeanında tanker ələ keçirdi

ABŞ ordusu Hind okeanında onun sanksiyalarını pozması iddia olunan bir tankeri saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

Məlumata görə, Birləşmiş Ştatların hərbi qüvvələri Hind-Sakit okean Komandanlığının məsuliyyət zonasında "Aquila II" gəmisini heç bir toqquşma baş vermədən ələ keçirib.

Tankerin Karib dənizində sanksiya tətbiq edilən gəmilər üçün qüvvədə olan karantin qaydalarını pozduğu iddia olunur.

Bildirilir ki, ABŞ silahlı qüvvələri tankeri Karib dənizindən Hind okeanına gedən yolda izləyərək təqib edib. Saxlanılan gəminin mənsubluğu ilə bağlı ətraflı məlumat verilməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər