Ermənistan ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları əldə edib
Dünya
1455
09 Feb 2026 | 19:50

Ermənistan ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları əldə edib

Ermənistan hərbi və müdafiə tərəfdaşlığı çərçivəsində ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları əldə edib.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə mətbuata birgə bəyanatında bildirib.

Onun sözlərinə görə, V-BAT pilotsuz uçuş aparatlarının effektivliyi geniş istifadə təcrübəsi ilə sübut olunub və bu, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək.

“Ermənistan-ABŞ hərbi və müdafiə tərəfdaşlığında əhəmiyyətli irəliləyişlər əldə etmişik”, - Paşinyan qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər