20:48
6°C
Bakı
ABŞ və Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb.
Moderator.az xəbər verir ki, sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıb.
Sənəd iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edir.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistanda səfərdədir.