Yaponiya müdafiə siyasətini sərtləşdirir
Dünya
177
19:10, Bu gün

Yaponiya müdafiə siyasətini sərtləşdirir

Yaponiya hökuməti ölkənin "pasifist" Konstitusiyasında dəyişiklik etməyi planlaşdırır.

Moderator.az "Sankei Shimbun" qəzetinə istinadən xəbər verir ki, bunu bir gün əvvəl keçirilmiş parlament seçkisində qalib gələn hakim Yaponiya Liberal Demokrat Partiyasının (LDP) lideri və baş nazir Sanae Takaiçi açıqlayıb.

O bildirib ki, Konstitusiyaya dəyişikliklə bağlı referendumun keçirilməsi üçün zəruri şəraitin yaradılması və müvafiq qanun layihələrinin qəbulunun sürətləndirilməsi məqsədilə parlament fraksiyaları ilə əməkdaşlıq edəcək.

Qeyd edək ki, fevralın 8-də keçirilən parlament seçkisində LDP parlamentin aşağı palatasında çoxluğu bərpa edib. Partiya 465 yerdən 316-nı qazanaraq yenidən üstün mövqeyə sahib olub. Hökumət müdafiə xərclərini iki dəfə artıraraq 2027-ci ilə qədər ÜDM-in 2 faizinə çatdırmağı, həmçinin ABŞ ilə hərbi əməkdaşlığı gücləndirməyi planlaşdırır.

Sanae Takaiçi ötən ilin oktyabr ayında LDP-yə rəhbərlik etməyə başlayıb.

Link kopyalandı!
Son xəbərlər