19:58
6°C
Bakı
Amerikalı idmançıların XXV Qış Olimpiya Oyunlarında qazandığı medallar sınıb.
Moderator.az xəbər verir ki, İtaliyada keçirilən Oyunlarda dağ xizəyi üzrə yarışların qalibi olan amerikalı idmançı Brizi Conson qələbəsini qeyd edərkən qızıl medalını sındırıb.
Məlumata görə, Conson sevinc hissi ilə tullanarkən medalın lenti qopub və nəticədə medal zədələnib. Oxşar hadisə komanda yarışında qızıl medal əldə edən ABŞ təmsilçisi, fiqurlu konkisürən Alisa Lyunun da başına gəlib. Onun medalının isə lenti cırılıb.
Qeyd edək ki, İtaliyada təşkil olunan Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.