Moskvа-Sitidə terror aktı törətməklə hədələyən üç nəfər saxlanılıb
Dünya
193
18:47, Bu gün

Moskvа-Sitidə terror aktı törətməklə hədələyən üç nəfər saxlanılıb

Moskvada Moskva-Siti kompleksinin qüllələrindən birində terror aktı törətməklə hədələyən üç nəfər saxlanılıb.

Moderator.az Rusiya KİV-inə istinadən xəbər veri ki, bu barədə DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.

Qurumun məlumatına görə, fevralın 9-na keçən gecə fövqəladə hallar üzrə xidmətlərə təhdid zəngləri daxil olub. Hüquq mühafizə orqanlarının əməkdaşları zəng edənlərin Moskva-Sitidə olduğunu müəyyən ediblər. Polis, Rosqvardiya və FHN əməkdaşları hadisə yerinə gedib.

Moskva-Sitidə mənzil icarəyə götürən şəxs və onun iki tanışı saxlanılaraq DİN-in ərazi şöbəsinə aparılıb. Volk qeyd edib ki, saxlanılanlar sərxoş olublar.

Saxlanılan şəxslər "Neva Towers" göydələninin 68-ci mərtəbəsinin minalandığını bildiriblər. Mütəxəssislər binanı yoxladıqdan sonra partlayıcı qurğu aşkar etməyiblər.

Faktla bağlı cinayət işi açılıb (RF CM-in 207-ci maddəsinin 3-cü hissəsi). Saxlanılanlar altı ildən səkkiz ilədək azadlıqdan məhrum edilə bilər.

Link kopyalandı!
Son xəbərlər