19:47
6°C
Bakı
"İran Omanda ABŞ ilə danışıqlar zamanı zənginləşdirilmiş uranın üçüncü ölkələrə ötürülməsi ehtimalını müzakirə etməyib".
Moderator.az-ın "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bu barədə İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.
"Uranın ölkədən çıxarılması gündəmdə deyildi. Bunu digər ölkələr danışıqlar prosesinə kömək üçün təklif etmişdilər", - deyə siyasətçi bildirib.
Eslami həmçinin qeyd edib ki, əgər Vaşinqton Tehrana qarşı bütün sanksiyaları ləğv edərsə, İran hakimiyyəti ölkədə olan 60 faizlik uran ehtiyatlarının zənginləşdirilmə səviyyəsini azaltmağa hazırdır:
"Bu məsələ onların qarşılıq olaraq bütün sanksiyaları ləğv edib-etməyəcəklərindən asılıdır".