Rusiyada qəzaya uğrayan
Dünya
131
18:10, Bu gün

Rusiyada qəzaya uğrayan "An-24" təyyarəsinin qəza səbəbi açıqlanıb

Keçən il iyulun 24-də Tında (Rusiya) yaxınlığında "An-24" təyyarəsi ekipaj və dispetçer səhvi səbəbindən qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, Dövlətlərarası Aviasiya Komitəsi (DAK) fevralın 9-da yekun hesabatında bildirib ki, heyət yerə yaxınlıq xəbərdarlıq sistemini söndürüb, dispetçer isə radar avadanlığının işləməməsi səbəbindən hündürlüyü düzgün idarə edə bilməyib.

Fərqli istinad sistemləri çaşqınlığa səbəb olub və təyyarə normal hündürlükdən 600 metr aşağı enib.

Xabarovskdan Blaqoveşenskə uçan "An-24" Tında yaxınlığında dağ yamacına düşüb. Göyərtədə olan 48 nəfərin, o cümlədən altı heyət üzvünün hamısı həlak olub. 2026-cı il yanvarın 13-də müstəntiqlər qəzanın əsas səbəbinin ekipaj səhvi olduğunu açıqlayıblar.

Link kopyalandı!
Son xəbərlər