19:10
6°C
Bakı
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan və həbsdə olan Ekrem İmamoğlunun bir neçə gün əvvəl saxlanılan sabiq mühafizəçisi ilə bağlı qərar verilib.
Bu barədə Moderator.az "TGRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətlərinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən korrupsiya istintaqı çərçivəsində nəzarət altına alınan İmamoğlunun mühafizəçisi olmuş Bektaş Kamburoğlu daha sonra prokurorluğa göndərilib və orada lazımi prosedurlar tamamlandıqdan sonra sərbəst buraxılıb.
Xatırladaq ki, İmamoğlunun həbsindən sonra onun cangüdəni də korrupsiya istintaqı çərçivəsində nəzarət altına alınmışdı.