18:50
6°C
Bakı
Serbiya hökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Yeni İnkişaf Tərəfdaşlığı Çərçivə sazişi imzalanıb.
Moderator.az xəbər verir ki, imzalanma mərasimi bu gün Serbiyanın xarici işlər naziri Marko Duriç ilə BMT-nin daimi koordinatoru Matilda Mort arasında baş tutub.
Məlumata görə, bu sənəd Serbiya və BMT arasındakı əməkdaşlığın iqtisadi inkişaf, sosial müdafiə, ətraf mühitin qorunması və institutların gücləndirilməsi sahələrindəki ortaq prioritetlərini müəyyən edir.
Duriç bildirib ki, Serbiya BMT sisteminin güclü və ardıcıl müdafiəçisidir və bu sistem dövlətlər arasında bərabərliyi təmin etmək və beynəlxalq münasibətlərin güc yerinə, ədalət prinsipi ilə idarə olunmasını təmin etmək məqsədi daşıyır.